Azərbaycanda ümumilikdə 732 236 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, ölkədə son sutka ərzində 7 283, hazırkı dövrədək isə 732 236 test aparılıb.