Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi yenidən qurulur

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra bərpa müəssisələrində olduğu kimi, Xaçmaz Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.  

Nazirlikdən APA-ya verilən məlumata görə, bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Burada effektiv fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində 600-dən çox  əlilliyi olan şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. 

Müəssisənin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur.