Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 11% artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda kənd təsərrüfatı sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni vaxtı ilə müqayisədə 50,4 mln. manat və ya 10,6% artaraq 527,5 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, kənd təsərrüfatı sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 6,8 mln. manat və ya 1,3% azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 3,4% təşkil edib. İllik müqayisədə bu göstərici 0,3 faiz bəndi, aylıq müqayisədə isə dəyişməz olaraq qalıb.