ATV-nin aparıcısına vəzifə verildi

"Azərişıq" ASC-də kadr dəyişikliyi edilib.

xəbər verir ki, tanınmış telejurnalist Vaqif Aydınoğlu səhmdar cəmiyyətin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi Mustafayev isə "Azərişıq" sədrinin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, V. Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.