Dubaydakı "Expo-2020" sərgisi 2021-ci ilin oktyabrın 1-nə keçirilib

Dubaydakı “Expo-2020” ümumdünya sərgisi koronavirus pandemiyası səbəbindən 2021-ci ilin oktyabrın 1-nə keçirilib.

APA-Economics”in “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq sərgilər Bürosu bildirib.

Bununla bağlı elan Küveytdə polis koronavirus pandemiyası səbəbindən evlərinə dönə bilməyən üsyançı misirliləri dağıtdıqdan bir neçə saat sonra verilib.

Rəsmi Dubay gələcək “Expo-2020” sərgisinə iqtisadiyyatını canlandırmaq məqsədilə milyardlarla dollar sərmayə qoyub. Pandemiya səbəbindən “Emirates” aviaşirkəti uçuşları dayandırıb, həmçinin əmlak bazarı da zərərlə üzləşib. Buna görə səlahiyyətlilər hadisəni gələn ilə qədər təxirə salmağa qərara alıb.

Büroya daxil olan ölkələr bir neçə gün ərzində tədbirin təxirə salınmasına səs verib və səsvermənin nəticəsi mayın sonunadək bilinməli idi. Lakin bazar ertəsi Büro təşkilata daxil olan ölkələrin üçdə ikisinin tədbirin başqa vaxta keçirilməsinin təsdiqlənməsinə səs verdiyini bildirib.

Sərgi 2021-ci ilin oktyabrın 1-dən 2022-ci ilin martın 31-dək davam edəcək.