Nərimanovda intihar etmək istəyən şəxs fikrindən daşındırıldı

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.