Azərbaycanda bəzi firmalar çörəyin qiymətini bahalaşdırdı

Azərbaycanda bu gündən çörəyin qiymətində bahalaşma müşahidə olunur.

"Oxu.Az"a istinadən xəbər verir ki, bu, konkret olaraq iki firmanın məhsullarında özünü göstərib: “Çörəkçi” və “Nömrə 1”.

Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.

Qeyd edək ki, sosial şəbəkələrdə də çörəyin qiymətindəki artım müzakirə mövzusuna çevrilib.