Sürücülərin nəzərinə: Sabah avtomobillər bu yollarla hərəkət edə BİLMƏYƏCƏKLƏR

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

Dövlət Yol Polisi İdarəsindən -ə verilən məlumata görə, sentyabrın 15-də saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyərin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub:

1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidliyi abidəsinin önü – "İçərişəhər" metrosu – İqtisadiyyat Universitetinin binası – Qoşa qala qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr

2-ci marşrut - Səməd Vurğun bağı - 28 May küçəsi - Bülbül Prospekti -Neftcilər Prospekti - Azadlıq Meydanı;

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək.