Bakıda dördəm dünyaya gəldi - VİDEO

Bu gün Bakıda xəstəxanaların birində dördəm dünyaya gəlib.

BAKU.TV-yə istinadən xəbər verir ki, tibb müəssisələrindən birində dünyaya gələn körpələrdən üçü oğlan, biri isə qızdır.

Həkimlərin sözlərinə görə, körpələrin ən böyüyünün çəkisi 1 kq. 140 qr, ən kiçiyinin çəkisi isə 1 kq. 100 qramdır. Ananın və uşaqların vəziyyəti normaldır.

Uşaqları dünyaya gətirən 30 yaşlı qadın Zaqataladandır. Bu onun ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə 33-cü həftədə doğulublar.

Körpələrin 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.


Video