Azərbaycanda yeni "ağıllı sayğac"lar quraşdırılacaq

Azərbaycanda enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını "ağıllı sayğac"larla təchiz edəcək.

"report"a istinadən xəbər verir ki, bu barədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları "ağıllı sayğac"larla təmin edəcəklər.

"Ağıllı sayğac" - istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.