14 yaşa qədər uşaqlarla bağlı məscidlərdə tətbiq olunan qadağa LƏĞV EDİLDİ

14 yaşa qədər uşaqların məscidlərə daxil olması ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti faktı -ə təsdiqləyib.

Bundan başqa, QMİ səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli yoluxma sayında azalma baş verərsə, digər məhdudiyyətlərin də aradan qaldırılacağını qeyd edib.