Nazir: "SABAH magistraturası yeni ixtisaslar üzrə ödənişsiz təhsil imkanı təqdim edir"

“SABAH magistraturası yeni ixtisaslar üzrə 7 ali təhsil müəssisəsində ödənişsiz təhsil imkanı təqdim edir”. 

APA-nın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev tvitter hesabında yazıb.

Nazir qeyd edib ki,  tamamilə yeni məzmunla təcrübə əsaslı ixtisaslaşma və məzunlara karyera fürsətləri kimi üstünlükləri qazandıran bu proqramlar sabahın uğurlu mütəxəssislərini hazırlayacaq.