“Bavariya” Xavi Martineslə yollarını ayıracağını açıqlayıb

“Bavariya” mövsümün sonunda daha bir futbolçu ilə yollarını ayıracağını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi yarımmüdafiəçisi Xavi Martineslə yeni müqavilə imzalamayacaq.

Bu üzdən ispaniyalı müdafiəyəmeyilli oyunçunun yayda azad agent statusu daşıyacağı bildirilib. 2012-ci ildən “Bavariya”nın şərəfini qoruyan 33 yaşlı futbolçunun yeni mövsümdən ölkəsində çıxış etməsi gözlənilir.

Xavi Martines “Bavariya”da olduğu 9 il ərzində 8 dəfə Bundesliqanın, 5 dəfə Almaniya kubokunun, 4 dəfə Almaniya Superkubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəf UEFA Superkubokunun, 2 dəfə də Klublararası Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, “Bavariya” Martinesə qədər David Alaba və Jerom Boatenqin yayda ayrılacağını açıqlamışdı.