Dövlət Agentliyi: Su qıtlığı artıq özünü büruzə verir

“Su qıtlığı artıq özünü büruzə verir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, bu gün istifadə olunan, mənbədən götürülən su ancaq içmək üçündür: “İçməklə yanaşı, su daha vacib olan məqsədlər üçün istifadə olunmalıdır. Bu sudan bağçaları suvarmaq, kilim yumaq üçün istifadə olunmamalıdır. Tullantı sular bütün yaşıllıqların suvarılmasında, avtoyuma məntəqələrində istifadə olunmalıdır”.