Ötən ay sığortaolunanların sayı 0,37% artıb

2021-сi ilin mart ayında sığortaolunanların sayı 14,8 min nəfər və ya 0,37% artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, 1 aprel tarixinə sığortaolunanların sayı 4,43 mln. nəfərə çatıb.