Aprelin 8-də xarici valyutaların manata qarşı məzənnələri

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 8 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, aprelin 8-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0182 manat təşkil edir. 1 türk lirəsi 0.2080 manat, 1 rus rublu 0.0221, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.4970 manatdır.