Cənubi Koreya İran üçün dondurulmuş 1 mlrd. dollara çıxışı təmin edəcək

Cənubi Koreya İran İslam Respublikasına məxsus 1 mlrd. ABŞ dolları həcmində dondurulmuş vəsaiti blokdan çıxara bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran hökumətinin rəsmi sözçüsü Əli Rabia deyib.

"Cənubi Koreya və Yaponiya nümayəndələri ilə bu ölkələrdə İran Mərkəzi Bankının dondurulmuş maliyyə vəsaitlərinin istifadəsinə dair razılıq əldə edilib. Göründüyü kimi, ilkin mərhələdə Cənubi Koreya bizə 1 mlrd. dollar ötürəcək", - deyə A. Rabii qeyd edib.

İran tərəfinin açıqlamalarına görə, Cənubi Koreya ABŞ-ın tələbi ilə İrana aid 7 mlrd. dollar həcmində vəsaiti dondurub.