"Kasımpaşa" və “Göztəpə” heç-heçə oynayıb

Türkiyə Super Liqasında VI tura start verilib.

Apasport.az saytının məlumatına görə, açılış matçı İstanbulda baş tutub.

“Kasımpaşa” öz meydanında son qələbəsini ilk turda qazanan “Göztəpə”ni qəbul edib. Meydan sahiblərinin VAR sistemi sayəsində birinci hissədə iki qolunun sayılmadığı görüş qolsuz bərabərliklə yekunlaşıb. Bununla “Göztəpə” 4-cü heç-heçəsini edib.

Turun digər oyunları oktyabrın 24-26-da keçiriləcək.

Türkiyə Super Liqası
VI tur
23 oktyabr
“Kasımpaşa” – “Göztəpə” – 0:0