Azərbaycanda 40309 nəfər COVID-19-a yoluxub, 38068 nəfər sağalıb, 593 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40309 yeni yoluxma faktı qeydə alınıb, 38068 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 593 nəfər vəfat edib.