"Sədərək" və "Binə" ticarət mərkəzlərindən GİZLİ GÖRÜNTÜLƏR - VİDEO

Karantin rejimi ilə əlaqədar ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsə də, "Sədərək" və "Binə" ticarət mərkəzləri onlayn ticarət adı altında fəaliyyət göstərirlər. 

Müştərilərin mühafizəçilərə 5 manat verərək iri ticarət mərkəzlərinin ərazisinə daxil olduqları bildirilir. 

BAKU TV-nin əməkdaşı ticarət mərkəzlərinə yollanaraq oradakı mövcud vəziyyətlə tanış olub. 


Video